Bakı. Trend:
Qanunsuz mərc oyunlarında iştirakı ilə bağlı istintaq
çərçivəsində 1024 futbolçu Türkiyə Futbol Federasiyasının (TFF)
Peşəkar Futbol İntizam Şurası qarşısında çıxış edəcək.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər verib.
Məlumata əsasən, onların arasında Qalatasaray, Beşiktaş və
Trabzonspor kimi aparıcı klublar da daxil olmaqla 27 Premyer Liqa
klubunun oyunçuları var.
TFF-nin qərarına əsasən, Türkiyə çempionatın ikinci və üçüncü
liqalarının oyunları iki həftəlik təxirə salınıb.

