Bakı. Trend:
Nyu-York Ticarət Birjasında (NYMEX) və “Comex” birjasında
(NYMEX-in bölməsi) qiymətli metallar – platin, palladium, qızıl və
gümüş üzrə fyuçerslərin qiyməti 2,16 faizdən 3,67 faizə qədər artım
göstərib.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasından
məlumat verilib.
Məlumata əsasən, NYMEX-də 2025-ci ilin dekabr ayında çatdırılma
üçün palladium fyuçerslərinin qiyməti troy unsiyası üçün 1444
dollar (+2.91%), 2026-cı ilin yanvar ayında çatdırılma üçün platin
fyuçersləri isə 3.11 faiz artaraq troy unsiyası üçün 1597,3 dollara
çatıb.
Eyni zamanda, “Comex2 birjasında 2025-ci ilin dekabr ayında
çatdırılma üçün qızılın qiyməti troy unsiyası üçün 4105 dollar
(+2,37%), gümüş fyuçersləri isə troy unsiyası üçün 49,82 dollar
(+3,48%) təşkil edib.

