Azərbaycan Ukrayna ilə əməkdaşlığı gücləndirir

Baş səhifə

Azərbaycan və Ukrayna səhiyyə sənayesi sahəsində işbirliyin dərinləşdirilməsini, dərman vasitələrinin birgə istehsalını müzakirə edib.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

üzakirələr nazir müavini Səməd Bəşirli ilə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko arasındakı görüşdə aparılıb.

Görüşdə Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığa önəm verdiyi qeyd olunub. Ukrayna ilə müxtəlif iqtisadi istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığı münasibətlərdə mühüm istiqamətlərdəndir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.