ABŞ Sakit okeanın şərqində iki gəmiyə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

Dünən ABŞ Prezidenti Donald Trampın göstərişi ilə iki gəmi hədəf
alınıb.

Trend xəbər
verir ki, bunu ölkənin müharibə naziri Pit Heqset açıqlayıb.




Onun sözlərinə görə, gəmidə olan şəxslər terror təşkilatları ilə
əlaqəli və narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslər
olub.

Hər gəmidə 3 nəfər, ümumilikdə 6 nəfər ölüb. ABŞ qüvvələri
arasında heç bir itki qeydə alınmayıb.