Səudiyyə Ərəbistanı Həcc mövsümü ilə bağlı hazırlıqların yarısını tamamladığını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Həcc mövsümü ilə bağlı hazırlıqların
yarısını tamamladığını açıqlayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Həcc və Ümrə İşləri Nazirliyinin
məlumatına görə, digər hazırlıq işlərinin təxminən 4 ay ərzində
yekunlaşdırılması nəzərdə tutulub.




Nazirlik həmçinin qeyd edib ki, hazırlıqlar ölkənin “2030
Hədəfləri” çərçivəsində həyata keçirilir və ziyarətçilərin
rahatlığı üçün yeni xidmətlər tətbiq olunacaq.