Bakı. Trend:
Azərbaycanın futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq
təyinat alıb.
Trend xəbər
verir ki, o, Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə
keçiriləcək Avro-2026-nın final mərhələsində fəaliyyət göstərəcək
32 hakimdən biri olacaq. H. Qafarlı turnir zamanı Latviya və
Litvada baş tutacaq matçları idarə edəcək.
Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa
çempionatının final mərhələsinə təyinat alıb.
Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı ildə yanvarın
21-dən fevralın 7-dək keçiriləcək.

