
Balakən rayonu Mahamalar kəndində kişi velosipeddən yıxılaraq ölüb.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 9-u saat 12 radələrində baş verib.
Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Hacyov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq ölüb.
Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


