İndiyədək Qazaxın delimitasiya olunan kəndlərindən nə qədəri minalardan təmizlənib? – ANAMA

Baş səhifə

Bakı.Trend:

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin
aprel ayından etibarən minatəmizləmə fəaliyyəti icra edilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mina
Təmizləmə Agentliyindən (ANAMA) qeyd edilib.

Bildirilib ki, icra edilən əməliyyatlar zamanı 223.7 ha ərazi
təmizlənib.




“1,059 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina və
49 ədəd partlamamış hərbi sursat aşkar edilərək
zərərsizləşdirilib”,-qurumdan əlavə edilib.

Qeyd edək ki, ANAMA-nın həftəlik açıqladığı məlumata əsasən,
ötən ay 7.022,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.