HƏMAS Qəzzada İsrailin nəzarətində olan ərazilərdən qüvvələrini çıxarmağa hazırdır

Baş səhifə

Bakı. Trend:

HƏMAS hərəkatı vasitəçilərə Qəzza zolağında İsrailin nəzarəti
altında olan ərazilərdən öz qüvvələrini çıxarmağa hazır olduğunu
bildirib.

Trend xəbər verir ki, bu
barədə hərəkatın nümayəndəsi İsmayıl Radvan “Al Jazeera”
telekanalına açıqlama verib.




“Biz vasitəçilərə ‘sarı zona’ adlandırılan bölgələrdən
döyüşçülərimizi çıxarmağa hazır olduğumuzu çatdırmışıq,” – deyə
Radvan qeyd edib.