“Kəpəz” klubu Vitor Feijao ilə yollarını ayırdı

Baş səhifə

Bakı. Trend:

“Kəpəz” klubu komandanın braziliyalı futbolçusu Vitor Feijao ilə
müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Trend xəbər verir ki, klub
Feijaoya burada keçirdiyi müddət ərzində göstərdiyi xidmətlərə görə
təşəkkür edib və futbolçuya növbəti karyerasında uğurlar
arzulayıb.




Qeyd edək ki, yarımmüdafiəçi mövsümün əvvəlində komandaya cəlb
olunmuşdu. Feijao bu müddətdə 9 çempionat oyununda 1 qol vurub.