Bratislava yaxınlığında iki qatarın toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Slovakiyanın Mətbuat Agentliyi (TASR) məlumat yayıb.
“Bratislava ilə Pezink arasında baş vermiş iki qatar qəzası nəticəsində bir neçə yaralı barədə məlumat var”, – deyə agentliyin bazar günü yaydığı xəbərdə bildirilib.
Məlumata görə, Bratislavaya doğru hərəkət edən qatar Pezinokdan çıxarkən (Slovakiya paytaxtından 20 km məsafədə) digər qatarla toqquşub.
Qatarların toqquşma şəraiti araşdırılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

