“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “2025 Formula 1” dünya çempionatının XXI turu olan Braziliya Qran-prisinin qalibi olub.
“Report”un məlumatına görə, yarışlar San-Pauloda “İnterlagos” avtodromunda keçirilib.
İkinci yeri “Mercedes”dən italiyalı Kimi Antonelli tutub. Üçüncü yeri pit-leyndən start götürən “Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen tutub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

