Yaponiya sahillərində zəlzələ qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.




Zəlzələnin episentri Miyako şəhərindən təxminən 127 kilometr
şərqdə, yerin 19 kilometr dərinliyində yerləşib. Miyako şəhərində
təxminən 51 min nəfər yaşayır.

Hadisə nəticəsində tələfat və dağıntı barədə məlumat yoxdur,
həmçinin sunami təhlükəsi elan edilməyib.