ABŞ qanunsuz miqrantların saxlanması üçün anbarlardan istifadə edə bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyası böyük anbarlar əldə
etmək və deportasiyadan əvvəl qanunsuz miqrantları saxlamaq üçün
onlardan istifadə imkanını araşdırır.

Trend xəbər verir
ki, bu barədə “NBC News” Ağ Ev və Daxili Təhlükəsizlik
Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Söhbət onlayn pərakəndə satış şirkəti “Amazon” kimi müəssisələr
üçün nəzərdə tutulmuş anbarlardan gedir.




Mənbələrin bildirdiyinə görə, bu anbarların orta sahəsi mövcud
miqrant saxlama mərkəzlərindən iki dəfə böyükdür ki, bu da daha çox
qanunsuz miqrantın saxlanmasına imkan verəcək.

ABŞ-ın İmmiqrasiya və Gömrük Xidməti (ICE) ölkənin cənubundakı
hava limanlarının yaxınlığında yerləşən və miqrantların ən çox
deportasiya edildiyi anbarlarla maraqlanır.

“CBS News”in noyabrın 6-da yaydığı məlumata görə, hazırda rekord
sayda, təxminən 66 000 miqrant ICE müəssisələrində saxlanılır.
ICE-in anonim nümayəndəsi bildirib ki, agentliyin müəssisələri
hazırda 70 000 nəfər üçün nəzərdə tutulub.