
Bakı.Trend:
Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Məlumata əsasən sabah Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif
duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 %
təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az
yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi
əsəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 1-5,
gündüz 8-13 dərəcə isti olacaq.


