Şuşaya köçürülmüş sakinlərdən 600-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Baş səhifə

Bakı.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərinə köçürülmüş sakinlərdən
artıq 600-dək şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.




Bildirilib ki,məşğulluq tədbirlərinə cəlb edilənlərdən 587
nəfərin məşğulluğu təmin edilib (o cümlədən, 26 nəfər üçün
özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 7
nəfər isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri
aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı
məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.