
Biləsuvar rayonunda iki avtomobilin toqquşmaqsı nəticəsində xəsarət alanlar var.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.
Rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Rəsul Mirəlinin idarə etdiyi “QAZ 24” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində müxtəlif xəsarətlər alan hər iki sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

