ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Baş səhifə
ABŞ-də təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb

“UPS” şirkətinə məxsus yük təyyarəsinin Kentaki ştatının Luisvill şəhərindəki Məhəmməd Əli adına Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.

Report-un məlumatına görə, bu barədə Luisvill meri Kreyq Qrinberq “X” sosial şəbəkəsində paylaşım edib.

“Axşam qəza yerində daha bir qurban aşkar edilib. Beləliklə, ölənlərin sayı 14-ə çatıb”, – deyə o yazıb.