“Kalmaegi” qasırğası Vyetnamda azı 5 nəfərin həyatına son qoyub

Baş səhifə

Bakı. Trend:

Cənub-Şərqi Asiyada tüğyan edən dağdıcı “Kalmaegi” qasırğası
Vyetnam sahillərində azı 5 nəfərin həyatına son qoyub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Kalmaegi” qasırğası Vyetnam sahillərinə çatdıqdan sonra özü ilə
güclü küləklər və leysan yağışları gətirib, ölkənin mərkəzi
vilayətlərində genişmiqyaslı dağıntılara səbəb olub.




Yerli rəsmilərin məlumatına görə, Dak Lak vilayətində üç, Qia
Lai vilayətində isə iki nəfər həlak olub. Quang Nqai bölgəsində
daha üç nəfər itkin düşüb.

Bundan əvvəl “Kalmaegi” Filippində azı 188 nəfərin həlak
olmasına səbəb olmuşdu.