
Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev NATO üzv dövlətlərinin Azərbaycan səfərində olan
daimi nümayəndələri ilə görüşüb.
Trend xəbər
verir ki, bununla bağlı Hikmət Hacıyev “X” hesabında paylaşım
edib.
Bildirilib ki, görüş zamanı NATO-Azərbaycan əməkdaşlığının
səmərəli və uğurlu inkişafı barədə geniş müzakirə aparılıb,
həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan
sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi
aparılıb.

