“Bakcell”in lotereyasında 5-ci lüks avtomobil sahibinə təhvil verildi! (FOTO)

Baş səhifə

Bakı. Trend:

İnnovasiya lideri “Bakcell”in meqa lotereyasında həyəcan
zirvədədir! Bu həftə keçirilən tirajda süni intellekt tərəfindən
müəyyən edilən 5-ci “Zeekr 001” avtomobilinin qalibi Sevda Əsədova
olub. O, bu gün avtomobilinin açarlarını təhvil alaraq, bu
yaddaqalan anın sevincini yaşayıb. Qeyd edək ki, Sevda Əsədova meqa
lotereyada 1 AZN-lik şans paketi əldə edərək avtomobil qalibi
olub.

Həyəcan isə hələ yeni başlayır! Növbəti həftələrdə daha 8 “Zeekr
001” şanslı qaliblərini gözləyir. Şans növbəti dəfə səndən yana ola
bilər!

“Şans” paketlərindən birini əldə et, uduş şansını dəfələrlə
artır və qalib olmaq fürsətini qaçırma!

“Şans” paketləri:
• 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES
• 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES
• 20 AZN-lik “Şans” paketi – 150 şans → *155#YES

Bu günə qədər meqa lotereyada artıq 5 nəfər “Zeekr 001”, 34
nəfər isə “iPhone 17” qazanıb. “Bakcell” abunəçilərini meqa
lotereyada möhtəşəm hədiyyələr gözləyir – hər gün “iPhone 17”, hər
həftə “Zeekr 001”, finalda isə “Porsche Cayenne”!




Daha ətraflı məlumat üçün: lotereya.bakcell.com

Bakcell haqqında

“Bakcell Azərbaycan”ın ilk və ən böyük özəl telekommunikasiya
şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin
edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL
Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.