Xankəndidə 23 evin təmiri 1,4 milyon manata başa gələcək

Baş səhifə

Bakı. Trend:

Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evinin təmiri
işlərinə başlanılır.

Trend-in
məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq
işləri yekunlaşdırıb.

Belə ki, qurum sözügedən işlərin icrasını “Bərpa AS” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.




Müqaviləyə əsasən,şirkətə 1,414 milyon manat ödənilib.

Beləliklə, bir evin təmiri 61,5 min manata başa gələcək.

Evlərdə təmir işlərinin həvalə olunduğu “Bərpa AS” MMC 2010-cu
ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan
şirkətin qanuni təmsilçisi Şxaliyev Rafiq Mubaris oğludur.