Bu küçələrdə yeni piyada keçidləri və panduslar təşkil olunub

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı
şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi, yol hərəkət iştirakçılarının
rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir
layihə icra edilib.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrinin
kəsişməsində hərəkət intensivliyi və piyada təhükəsizliyi
səviyyəsinin artırılması məqsədilə Məhəmməd Hadi küçəsində yeni
təhlükəsizlik adacağı inşa edilərək hərəkət kanallaşdırılıb, yeni
piyada keçidləri və panduslar təşkil olunub.




Adacığın inşası ilə Qaçaq Nəbi küçəsindən gələn avtomobillərin
“Ukrayna dairəsi” istiqamətində birbaşa hərəkəti təmin edilib.
Həmçinin metronun “Qara Qarayev” stansiyası istiqamətindən gələn
nəqliyyat vasitələrinin “Ukrayna dairəsi” istiqamətində fasiləsiz
hərəkətini təmin etmək məqsədilə ilk dəfə 5.53 – “Daimi sağa dönmə”
yol nişanı tətbiq edilib.

Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)
tərəfindən işıqforların iş rejimi dəyişdirilib, piyadaların
rahatlığı üçün yeni piyada bölmələri quraşdırılıb.