Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) 8 ədəd nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 66 manatdır.
İddiaçılar təkliflərini noyabrın 28-nə qədər DRİ-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi, 702-ci məhəllə ünvanına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 28-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

