Nyu Yorkda Zəfər Gününə həsr olunan şahmat turniri keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Nyu York ştatında 8 Noyabr – Zəfər Gününün 5 illiyi
münasibətilə “Victory Trophy” adlı şahmat turniri keçirilib. Turnir
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Birləşmiş Ştatlarda fəaliyyət göstərən beynəlxalq dərəcəli
şahmat ustası Elvin Bağır-Pourun rəhbəri olduğu “Chess Father”
şirkətinin təşkilatçılığı ilə baş tutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Açılış mərasimində Zəfər Günümüzün tarixi əhəmiyyəti barədə
ətraflı məlumat verilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və Azərbaycan
Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyi
dilə gətirilib. Vətən Müharibəsində göstərilən qəhrəmanlıq,
xalq–ordu birliyi və milli həmrəyliyin Azərbaycan tarixində
misilsiz bir Qələbə səhifəsi yazdığı diqqətə çatdırılıb.




Turnirə ABŞ-nin müxtəlif ştatları və şəhərlərindən 50 şahmatçı
(5-60 yaş arası) qatılıb. Hər bir şahmatçı 15 dəqiqəlik 6
qarşılaşmada hakimlərin nəzarəti altında mübarizə aparıb. Yarışda
dünyaca məşhur qrossmeysterlər Augustro Morah və Mark Paraqua da
iştirak ediblər.

Turnirin qaliblərinə kubok və pul mükafatları, digər
iştirakçılara isə sertifikatlar təqdim olunub.