
Bakı. Trend:
Bu ilin noyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə
uçotda olan 53.492 vergi ödəyicisinin 94.8 faizi fiziki şəxslər,
5,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi
ödəyicilərinin ümumi sayı 7,8 faiz, o cümlədən fiziki şəxslərin
sayı 8 faiz, hüquqi şəxslərin sayı isə 4,7 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq
dövrü ilə müqayisədə 13,3 faiz artaraq 1.713 vahid olub. 2025-ci
ilin yanvar – oktyabr aylarında kommersiya qurumlarının 86,9 faizi
elektron, 13,1 faizi kağız daşıyıcısı əsasında qeydiyyata
alınıb.

