Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbləri aylıq ifadədə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB)
banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis
tələbləri 8,757 milyard manat təşkil edib.

Bu barədə Trend AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 683,7 milyon
manat və ya 8,5% artıb.




Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə
isə 859,6 milyon manat və ya 8,9% azalıb.

Qeyd edək ki, 2025-ci ilin sentyabrın 1-nə AMB-nin banklara və
bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,073
milyard manat, 2024-cü ilin oktybarın 1-nə isə 9,616 milyard manat
təşkil etmişdi.