Bakı. Trend:
Avropa Komissiyası rusiyalılara Şengen vizasının verilməsinin
qadağan olunması barədə qərar qəbul edib. Qurum bu qərarı bu gün
elan edəcək.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Finlandiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası
vətəndaşları üçün əlavə məhdudiyyətlərin tətbiqi məsələsinə baxış
zamanı qərarın vaxtını açıqlayıb.
Gözlənilən yeniliklər barədə təfərrüatlar açıqlanmasa da, bəzi
kateqoriyadan olan rusiyalıların sanksiyalara məruz qala biləcəyi
bildirilir.
Qeyd olunur ki, Finlandiya artıq indi rusiyalı turistlərə
çoxgirişli vizaları çox məhdud miqdarda təqdim edir. Belə ki,
Finlandiyanın Moskvadakı səfirliyi bu il Rusiya vətəndaşlarına 2,3
min bu cür çoxgirişli və 949 birdəfəlik viza verib.

