
Bakı.Trend:
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQ
komandanının birinci müavini – qərargah rəisi 1-ci dərəcəli kapitan
Teymur Mürşüdovun rəhbərliyi ilə “PIMEC – 2025” 11-ci Beynəlxalq
Dəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinə
səfər edib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbər
şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə iki qardaş
ölkənin HDQ-ləri arasında əməkdaşlıq və maraq doğuran digər
məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Beynəlxalq tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti
gündəliyə daxil edilən yaşıl enerji, dəniz təhlükəsizliyi, ətraf
mühitin qorunması, dəniz iqtisadiyyatı, dəniz ticarəti və
daşınmaları, həmçinin dəniz turizmi mövzularında müxtəlif
konfranslarda iştirak ediblər.
Qeyd edək ki, tədbir Pakistanın dəniz ticarəti, müdafiə və
texnologiya sahəsindəki imkanlarını nümayiş etdirmək üçün dünya
dəniz sənayesinin liderlərini və investorlarını bir araya gətirmək
məqsədilə keçirilib.


