
Bakı. Trend:
Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi
məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının
məbləğinin “minimum istehlak səbətinin tərkibi”ndəki ərzaq
məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına ehtiyac var.
Trend xəbər
verir ki, bunu bu gün İnsan hüquqları üzrə müvəkkil (Ombudsman)
Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu,
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları,
Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə
uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasına
da ehtiyac var.
Xəbər yenilənəcək

