Milli Məclisin sədri Sahibə Qafarova COP30-un Liderlər Sammitinin açılış mərasimində iştirak edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Braziliya Federativ Respublikasının Belem şəhərində işgüzar
səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu gün BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 30-cu sessiyası çərçivəsində Liderlər Sammitində
iştirak edir.

Trend xəbər verir
ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsi məlumat yayıb.

Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro
Vieyra Mavi Zonada Azərbaycan parlamentinin spikerini
salamlayıb.

Sonra COP30-un Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Mərasimdə Braziliya Prezidenti Luis İnasio Lula da Silva, BMT-nin
Baş katibi Antonio Quterreş və bir sıra digər ölkələrin
prezidentləri və baş nazirləri çxış ediblər.

Qeyd edək ki, COP30-da bir çox ölkələrin dövlət və hökumət
başçıları, nazirlər və beynəlxalq təşkilatların rəhbərləri iqlim
dəyişikliyi ilə bağlı aktual problemləri və öhdəlikləri müzakirə
etmək üçün bir araya gəlirlər. Azərbaycanı bu tədbirdə Milli
Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti
təmsil edir. Azərbaycan parlamenti spikerinin Sammitdə çıxışı
nəzərdə tutulur.