“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın
rəqiblərindən olan “Ayaks” baş məşqçi Con Heytinqa ilə bağlı qərar
verib.

Trend xəbər
verir ki, Amsterdam təmsilçisi niderlandlı mütəxəssislə yollarını
ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına kimi nəzərdə
tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komanda ötən gün “Qalatasaray”a 0:3 hesabı ilə uduzub.




Con Heytinqa mövsümün əvvəlində paytaxt klubunun baş məşqçisi
postuna təyin olunmuşdu.

Qeyd edək ki, “Qarabağ”ın “Ayaks”la oyunu dekabrın 10-da Tofiq
Bəhramov adına Respublika Stadionunda baş tutacaq.