
Bakı. Trend:
Serbiya hakimiyyəti Rusiyaya qarşı sanksiyalara qoşulma
ehtimalını istisna etməyib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti
Aleksandar Vuçiç Avropa İttifaqının Serbiyadəkı daimi nümayəndə
heyətinin rəhbəri Andreas fon Bekerat ilə görüşdən sonra keçirilən
mətbuat konfransında bildirib.
Vuçiç xatırladıb ki, Ukraynada müharibə başlayandan bir neçə gün
sonra Serbiyanın Milli Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı
qərar qəbul edib:
“O zaman demişdim ki, bu vəziyyət bir, iki və ya üç ay davam edə
bilər. Amma qərar zamanın sınağından çıxdı – dörd ildir qüvvədədir.
İndi isə həm hökumət, həm də Milli Təhlükəsizlik Şurası əvvəlki
mövqeyə yenidən baxmaq hüququna malikdir.”


