Gürcüstanda Saakaşvili də daxil olmaqla 8 siyasətçiyə qarşı cinayət işi açılıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Prokurorluğu səkkiz müxalifyönümlü siyasətçi, o
cümlədən keçmiş prezident Mixail Saakaşvili barəsində cinayət işi
açıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Onlardan bəzilərinə “diversiya” ittihamı irəli sürülüb,
digərləri “düşmən dövlətin maraqlarına xidmət edən fəaliyyətə
yardım”da, bəziləri isə “hakimiyyətin devrilməsinə çağırış”da
ittiham olunurlar.

Cinayət işləri aşağıdakı şəxslər barəsində açılıb:




– sabiq prezident Mixail Saakaşvili – dövlət hakimiyyətinin
devrilməsinə çağırışa görə;

– Zura Caparidze və Georgi Vaşadze – diversiya (318-ci maddə) və
xarici dövlətə qarşı düşmənçilik fəaliyyəti ilə bağlı yardım etmə
(319-cu maddə) maddələri üzrə;

– Elena Xoştariya – diversiya (318-ci maddə), xarici dövlətə
qarşı düşmənçilik fəaliyyətinə yardım və təhrik etmə (319-cu
maddə), eləcə də konstitusiya quruluşuna qarşı yönəlmiş fəaliyyətin
maliyyələşdirilməsi və ya dəstəklənməsi (321-ci maddə) ittihamları
üzrə;

– Nika Gvaramiya, Nika Melia, Mamuka Xazaradze və Badri
Caparidze – diversiya (318-ci maddə) maddəsi üzrə.