“Şahdəniz” yatağında qaz hasilatı artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin ilk doqquz ayı ərzində Azərbaycanın “Şahdəniz”
yatağından – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından
birlikdə – təqribən 21 milyard standart kubmetr qaz və təxminən 3
milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.

Trend bu barədə
bp-yə istinadən xəbər verir.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə yataqda 20 milyard
kubmetr qaz və 3 milyon tondan çox kondensat hasil olunmuşdu.

Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a),
Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına,
çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz
çatdırılması davam etmişdir.




Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən
75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir.

Şahdənizdə iştirak payları aşağıda göstərilib:

bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub
Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).