Bakı.Trend:
Bu yaxınlarda XVIII əsrdə yaşamış türkman əsilli müəllif
Əbdürrəzaq Növrəsin 1731-ci ildə İrəvan şəhərindəki vəziyyəti
təsvir edən “Tarixçeyi-Növrəs” əsəri ilk dəfə Bakıda nəşr edilib.
Əsərdə İrəvan əhalisinin Azərbaycan türkləri olması bir daha təsdiq
edilir.
Trend xəbər
verir ki. bu fikirləri bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən
ictimai müzakirədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin
üzvü Zaur İbrahimli deyib.
O qeyd edib ki, toponimlər sırf Azərbaycan dilindədir.
“Bu tarixi əsərdə heç bir erməni toponiminə rast gəlinmir. Bu
gün Azərbaycan QHT-ləri də dövlət başçısının çağırışlarına uyğun
olaraq, Qərbi Azərbaycan mövzusunda yeni elmi əsərlərin üzə
çıxarılmasında, maaarifləndirmə işlərində daha fəal olmalıdır”, –
Z. İbrahimli əlavə edib.

