
Sumqayıt şəhərində Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, şəhərin Dənizkənarı Bulvar ərazisində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü başlayıb.
Yürüşü izləmək üçün küçələrə çıxan şəhər sakinləri və qonaqlar hərbçiləri alqışlarla qarşılayırlar.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


