44 günlük Vətən müharibəsinin xronikası: 6 noyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin noyabrın 6-na olan xronikasını təqdim edir:

– Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.

– Düşmən Tərtərin kəndlərini atəşə tutub. Xankəndi yaxınlığında düşmənin silah-sursat anbarı
partlayıb.

– Zəngilanın Əmirxanlı kəndinin videogörüntüləri yayılıb.

– Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb.
Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic
vəziyyətindədir.

– Düşmənin Göyarxdakı minaatanlarının darmadağın edilməsinin
videogörüntüləri yayılıb. Düşmən Tərtərin
kəndlərini artilleriya atəşinə tutub.

– Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb. Ermənistan silahlı
qüvvələrinin döyüş mövqelərinə zərbələr endirilməsinin videogörüntüləri yayılıb.