
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununda ilk hissə başa çatıb.
Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə üstün yollanıblar.
Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.
***
22:24
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununda üçüncü qol vurulub.
Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri hesabda irəli çıxıblar- 2:1.
39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib.
***
22:16
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununda hesab bərabərləşib.
Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri status-kvonu bərpa ediblər – 1:1.
29-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.
***
22:04
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununda ilk qol vurulub.
Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda qonaqlar hesabı açıblar.
17-ci dəqiqədə Estevan Villian fərqlənib.
***
21:45
UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “Çelsi” qarşılaşması start götürüb.
Metbuat.az xəbər verir ki, matçı avstriyalı hakim Sebastian Qishamer idarə edir.


