
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşmasında ilk qol vurulub.
Modern.az xəbər verir ki, 16-cı dəqiqədə qonaq komanda hesabı açıb.
Qolu 16-cı dəqiqədə Estevao vurub.
***
21:45
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyun başlayıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.
Matçı Avstriyadan olan hakimlər briqadası idarə edir


