Moldova Azərbaycanlıları Konqresinin nümayəndələri Moldova Parlamentinin sədri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndə heyəti ilə
Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu arasında
işgüzar görüş baş tutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Nümayəndə heyətinin tərkibinə MAK-ın sədri Elçin Bayramov, Şura
sədri Ramil Adıgözəlov, Şura üzvləri Aynura Abdülrəhimova və Adil
Osmanov daxil olublar.

Görüşdə Moldovada Azərbaycan diasporunun inkişafının əsas
istiqamətləri, gənclərin ölkənin ictimai həyatında mövqeyinin
möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər əməkdaşlıqda maraqlı
olduqlarını ifadə ediblər.

MAK-ın sədri Elçin Bayramov Parlamentin sədri İqor Qrosunu
seçkilərdəki qələbə münasibətilə təbrik edib, dövlət institutları
ilə etno-mədəni təşkilatlar arasında konstruktiv dialoqun
əhəmiyyətini vurğulayıb. O, diaspor təşkilatlarının bu cür
müzakirələrdə iştirakının mədəniyyətlərarası anlaşmanı
möhkəmləndirdiyini və inklüziv vətəndaş mühitinin formalaşmasına
töhfə verdiyini deyib.

Tərəflər, həmçinin, Kişinyovda keçirilən Moldova Azərbaycanlı
Gənclərinin II Forumunun əhəmiyyətinə toxunublar. MAK nümayəndələri
forumun proqramını təqdim edib, tədbirin gənclərin birliyinin və
fəallığının artırılmasında mühüm rol oynayacağını bildiriblər.