Yaponiyada ayılarla mübarizəyə hərbçilər səfərbər olunub

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın bir sıra prefekturalarında ayı hücumlarının artması
ilə əlaqədar hakimiyyət həmin ərazilərə hərbçilər yollayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Yaponiya mediasına görə, ölkənin özünümüdafiə qüvvələri artıq
Kazuni şəhərində əməliyyata başlayıblar. Onlar insanlara hücum edən
ayıları tutmaq üçün tələlərin daşınması, quraşdırılması və
yoxlanılmasında köməklik göstərəcəklər. Ayıları hərbçilər deyil,
xüsusi təlim keçmiş ovçular zərərsizləşdirəcək.

Yaponiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına
görə, aprel ayından bəri Yaponiyada 100-dən çox ayı hücumu qeydə
alınıb.