Rusiya taxılı yüklənmiş 15 vaqon yaxın saatlarda Azərbaycandan Gürcüstana çatdırılacaq

Baş səhifə
Rusiya taxılı yüklənmiş 15 vaqon yaxın saatlarda Azərbaycandan Gürcüstana çatdırılacaq

Rusiya taxılı yüklənmiş 15 vaqon yaxın saatlarda Azərbaycandan Gürcüstana çatdırılacaq və daha sonra Ermənistana göndəriləcək.

“Report”un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə “Cənubi Qafqaz Dəmir Yolu”nun baş direktoru Aleksey Melnikov mətbuat konfransında bildirib.

“Taxıl artıq yoldadır və yaxın vaxtda Ermənistan ərazisinə çatacaq”, – o qeyd edib.

A.Melnikovun sözlərinə görə, dəmir yolu üçün çox vacib, demək olar ki, yeni bir tarix yazılır: “Qazaxıstan taxılı bu gün Rusiya ərazisindən Azərbaycan ərazisinə daxil olacaq və artıq yaxın günlərdə Ermənistana çatacaq. Dəmiryolçular olaraq, bu, o cümlədən bundan sonra Ermənistana Qazaxıstandan, digər ölkələrdən, Rusiyadan yüklərin çatdırılması imkanının olması faktı bizim üçün çox vacib hadisədir”.