Yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata yüksəlməsi proqnozlaşdırılır – Nazir

Baş səhifə

Bakı. Trend:

2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün
ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə
782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub.

Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və
sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə
fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.




Nazir bildirib ki, bunun 81,2%-i və ya 635,6 milyon manatı
indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və
yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi
ilə bağlı xərclərin payına düşür.

“Proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın
təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə
yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin
isə 629 manata çatması proqnozlaşdırılır”.