Gələn il “Qaçqınkom”a subsidiya ayrılmayacaq

Baş səhifə
Gələn il Qaçqınkoma subsidiya ayrılmayacaq

Gələn il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə subsidiya ayrılmayacaq.

“Report” xəbər verir ki, bu barədə 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

Belə ki, 2026-cı ildə proqnozlaşdırılan subsidiyalar 8 funksional sahəni əhatə etmiş, cari ildən fərqli olaraq “Sosial müdafiə və sosial təminat” bölməsi üzrə subsidiya proqnozlaşdırılmayıb.