“Starbucks” Çin fəaliyyətinə nəzarəti özəl şirkətə satır

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin məşhur qəhvə şəbəkəsi “Starbucks”, Çindəki fəaliyyətinin
nəzarət hissəsini “Boyu Capital” investisiya şirkətinə satmaq
barədə razılığa gəlib. R

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, razılaşmanın dəyəri təxminən 4
milyard dollar təşkil edir.




Məlumata görə, bu addım “Starbucks”ın Asiya bazarında, xüsusən
də Çində daha sürətli böyüməsini təmin etməyə yönəlib. Şirkət
bundan sonra Çin bazarında yerli tərəfdaşla birgə fəaliyyət
göstərərək genişlənməyə və yeni filiallar açmağa davam edəcək.

Yeni sazişin 2025-ci ilin sonuna qədər yekunlaşdırılması
gözlənilir.