Bakı. Trend:
ABŞ-nin sabiq vitse-prezidenti ( Corc Buşun (kiçik) hakimiyyəti
dövründə) Dik Çeyni ürək-damar xəstəlikləri və sətəlcəmdən
(pnevmoniyadan) sonra baş verən fəsadlaşma nəticəsində vəfat
edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə mərhumun ailəsinin bəyanatında
deyilir.
Qeyd olunur ki, siyasətçi həyatının böyük bir hissəsində
ürək-damar xəstəliklərindən əziyyət çəkib, bir neçə dəfə infarkt
keçirməsinə baxmayaraq dolğun və aktiv bir ömür sürüb.
Məlumata görə, 2012-ci ildə Çeyni ürək köçürmə əməliyyatı
keçirib. O, 85 yaşında dünyasını dəyişib.

