
Bakı. Trend:
2026-cı il üçün vergi yükü ciddi şəkildə artırılmayıb.
Trend xəbər
verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Çox ciddi bir güzəşt irəli sürülüb. Əməkhaqqısı 2 500 manatdan
çox olan şəxslərə yalnız 3 faiz gəlir vergisi tətbiq olunacaq. Bu,
özlüyündə böyük bir güzəştdir”, – deyə nazir bildirib.
Xəbər yenilənəcək

