
Bakı. Trend:
Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10000 manat
dəyərində məişət əşyalarının talanmasını bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış
tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev
şübhəli şəxs qismində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


