ABŞ vətəndaşları 2026-cı ildən Özbəkistana vizasız səfər edə biləcəklər

Baş səhifə

Bakı. Trend:

2026-cı il yanvarın 1-dən etibarən ABŞ vətəndaşları Özbəkistana
30 günədək vizasız səyahət edə biləcəklər.

Trend xəbər verir
ki, bu barədə qərar Özbəkistan Prezidenti Şavkat Mirziyoyev
tərəfindən noyabrın 3-də imzalanmış fərmanla təsdiqlənib.




Sənəddə bildirilir ki, bu addım iki ölkə arasında ticarət,
iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına şərait
yaratmaq, eləcə də turizm sahəsində qarşılıqlı mübadiləni təşviq
etmək məqsədi daşıyır.

Qeyd edək ki, 2021-ci ildən etibarən 55 yaşdan yuxarı ABŞ
vətəndaşlarına turizm məqsədilə Özbəkistana 30 günə qədər vizasız
səfər etməyə icazə verilir.